Oqtay Əsədov jurnalistlərə xəbərdarlıq etdi

Parlament sədri bildirib ki, Milli Məclisin plenar iclaslarını işıqlandıran jurnalistlər diqqətli olmalıdırlar
Sputnik

BAKI, 18 dekabr - Sputnik. “Milli Məclisin plenar iclaslarında deputatların çıxışı təhrif edilir, konteksdən çıxarılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Parlament sədri bildirib ki, Milli Məclisin plenar iclaslarını işıqlandıran jurnalistlər diqqətli olmalıdırlar: “Milli Məclisdə akkreditasiya edilən jurnalistlər, xahiş edirəm, bu məsələdə diqqətli olun. Burada deyilən sözləri olduğu kimi verin. Cümlələri konteksdən çıxarmaq lazım deyil”.