İQTİSADİYYAT

Azərbaycan və Türkiyə birgə aqrar müəssisələr yarada bilər

Kənd təsərrüfatı naziri İnam Kərimov deyir ki, Azərbaycandan Türkiyəyə ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi artıb
Sputnik

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində birgə müəssisələr yarada bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, iqtisadiyyat iki ölkə arasında əməkdaşlığın vacib istiqamətlərindəndir: “Azərbaycanla Türkiyə arasında 2017-ci ildə ticarət dövriyyəsi 192 milyon dollar təşkil edib. 2013-2017-ci illərdə Azərbaycandan Türkiyəyə ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 65,3 faiz, idxal həcmi 2,3 dəfə artıb. Azərbaycan üçün kənd təsərrüfatının inkişafında prioritet taxılçılıq, pambıqçılıq və fındıqçılığın inkişafıdır”.

Nazirin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz