CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərin Azərbaycandakı hissəsi güclü silkələndi

Yeraltı təkanların dərinliyi 47 km, maqnitudası 4,7 bal olub
Sputnik

BAKI, 17 dekabr — Sputnik. Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, zəlzələ saat 14:03:39-da qeydə alınıb.

Yeraltı təkanların dərinliyi 47 km, maqnitudası 4,7 bal olub.

Zəlzələ yaxın yaşayış ərazilərində 3 bala qədər hiss olunub.