RUSİYA

Rusiyadan Cənubi Qafqaz ölkələrinə yönəlik həyəcan siqnalı: İnqilab hazırlayırlar

Sergey Lavrov: "Bütün bu beynəlxalq və demokratik institutların arxasında ya ABŞ-ın Respublikaçılar Partiyası, ya da digər təşkilatlar durur"
Sputnik

BAKI, 17 dekabr — Sputnik. Qərbin postsovet məkanında etdiyi hər şey inqilabın hazırlanmasına hesablanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Komsomolskaya pravda"ya verdiyi müsahibəsi zamanı deyib.

MDB ölkələrinin iqtisadiyyatını nə gözləyir - Ekspert şərhi

"Amerikalılar öz meyarlarına görə işləyirlər. Rusiyanın isə öz ənənələri, öz maliyyə məhdudiyyətləri var" - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, sabiq Sovetlər İttifaqında işləyən bütün qeyri-hökumət təşkilatlarının komandalarının arxasında böyük pullar dayanır: "Bu təşkilarların əksəriyyətinin arxasında ABŞ Dövlət Departamentinin Beynəlxalq İnkişaf Agentliyi (USAID - red.) dayanır. Həmin qurum sözügedən təşkilatların donorudur. Bütün bu beynəlxalq və demokratik institutların arxasında ya ABŞ-ın Respublikaçılar Partiyası, ya da digər təşkilatlar durur".

"Corc Soros, əlbəttə ki, burada kifayət qədər ciddi rol oynayır. Soros nəinki təkcə bizim postsovet məkanımızda, eləcə də bir çox digər yerlərdə bu işi həyata keçirir" - XİN başçısı vurğulayıb.

"Əlbəttə, burada onların kəmiyyət baxımından üstünlüyü var. Biz onlara kəmiyyət baxımından bu səviyyədə cavab verə, bu cür marionet təşkilatlar yarada bilmərik" - deyən nazirn sözlərinə görə, o təşkilatların olduqca təxribatçı gündəliyi var.

Bununla belə, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri bütün siyasi qüvvələrlə işləməyin gərəkli olduğunu etiraf edib: "Bizim bunu etməməyimiz düzgün olmazdı. Biz hamı ilə işləyirik, özü də Cənubi Qafqazda deyil, postsovet məkanının digər hissələrində də. Biz bütün sistemli müxalifətçilərlə işləyirik. Lakin sistemsiz və yeraltı müxalifətlə işləmirik. Düşünürəm ki, bu, düzgün hərəkətdir".

S.Lavrov qeyd edib ki, postsovet məkanında inqilablara qarşı immunitet mövcuddur: "Ona görə də, hazırda postsovet məkanında Qərbin etdiyi hər şey inqilabların hazırlanmasına yönəlib. Ola bilsin bu, bizim bəlamızdır, amma dəqiq deyim ki, bizim günahımız deyil. Biz özümüz dəfələrlə bizə çox baha - insan həyatlarına, şəhər və kəndlərin dağılması hesabına başa gələn inqilabları yaşamışıq. Başqalarına bunu arzulamırıq".

Rusiya XİN rəhbərinin fikrincə, vəziyyətdən çıxış yolu olduqca sadədir: "Cəmiyyətlə, vətəndaşlarla işləmək, insanların maraqlı olduğu layihələri həyata keçirmək lazımdır. Bu, mədəniyyət, dil, idman, təhsil, sadəcə insani münasibətlərdir. Hesab edirəm ki, biz müəyyən müsbət nəticələr əldə edə bilərik. Dayanmaq olmaz".