Prezidentdən yüksək vəzifəyə yeni təyinat

Ölkənin əsas böyük şəhərlərindən birinə yeni başçı təyin olunub
Sputnik

BAKI, 17 dekabr — Sputnik. Prezident İlham Əliyev yeni icra başçısı təyib edib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı dövlət başçısının imzaladığı sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin".

Xatırladaq ki, bundan qabaq Mingəçevir şəhərinə Niyazi Müzəffər oğlu Bayramov rəhbərlik edib. O, avqustun 28-də dövlət başçısının sərəncamı ilə vəzifədən azad edilərək, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.