CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının 2 rayonu susuz qalacaq

“Azərsu” yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib
Sputnik

BAKI, 17 dekabr — Sputnik. Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz, Şıx, Bibiheybət qəsəbələrinə və 20-ci sahə yaşayış massivinə) içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a “Azərsu” ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.