BAKI, 17 dekabr — Sputnik. Türkiyənin Trabzon rayonunda keçirilən əməliyyat zamanı 12-si azərbaycanlı olmaqla, 25 əcnəbi qadın saxlanılıb.
Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün Trabzonun Ortahisar rayonunda Taşbaşı ərazisində əyləncə mərkəzlərinə əməliyyat keçirilib.
Ümumilikdə 8 məkanda aparılan əməliyyatda 12 Azərbaycan, 3 Gürcüstan, 3 Rusiya, 4 Ukrayna, 1 Özbəkistan və 1 Qazaxıstan vətəndaşı saxlanılıb.
Qadınlar ərazi Miqrasiya İdarəsinə təhvil verilib.