ABŞ Konqresinin Senatı cümə axşamı ərəb jurnalist Camal Qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səudu məsuliyyətli bilən qətnamə qəbul edib.
Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Qaşıqçı cinayəti dövlətlər arası münasibətlərə təsir göstərə biləcək: “Tək ABŞ deyil, müsəlman dövlətləri, Avropa Birliyi ölkələri də rəsmi Ər-Riyadla münasibətlərinə korrektələr etməyə başlayıblar. Hadisə ilə bağlı son sözü demək hələ tezdir. ABŞ senatı, konqresi və rəbərliyi dünyanın hakimiyyəti demək deyil. Bu məsələdə onların rolunu qloballaşdırmaq doğru yanaşma olmaz”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz