Uşağın qarnından 2 kiloqram plastik çıxıb

Uşağın atası oğlunun autizmli olduğu üçün xəstə uşaqlar üçün nəzərdə tutulmuş evdə qaldığını deyib.
Sputnik

BAKI, 16 dekabr — Sputnik. Türkiyənin Şanlıurfa bölgəsində 14 yaşlı uşağın qarnından 2 kiloqrama yaxın plastik çıxarılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, qarın ağrısı şikayət ilə valideynləri tərəfindən həkimə gətirilən 14 yaşlı autizm xəstəsi olan Mehmet Əkinçi əməliyyat edilib. Əməliyyat zamanı onun qarnında plastik qaşıq, sellofan torbalar, əlcəklər, kabel və s. çıxarılıb.

Uşağın atası oğlunun autizmli olduğu üçün xəstə uşaqlar üçün nəzərdə tutulmuş evdə qaldığını deyib.