HADİSƏ

İndoneziyada 5,9 bal gücündə zəlzələ olub

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir
Sputnik

BAKI, 16 dekabr - Sputnik. Dekabrın 16-da İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Abepura şəhərindən 162 kilometr cənubda, ocağının isə 80 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.