İQTİSADİYYAT

Sərnişin daşınması Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətini daha da artıracaq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə deyir ki, bu layihə Rusiya və İran üçün də geniş imkanlar açır
Sputnik

Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə sərnişin qatarlarının fəaliyyətə başlama vaxtı bəlli olub. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili 2019-cu ilin 3-cü rübündə planlaşdırılır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyir ki, BTQ dəmir yolu xəttinin ən vacib məqamı iqtisadi və strateji tərəfləridir: “BTQ İranın və Rusiyanın Şərq və Qərb arasındakı yükdaşımalarına da alternativdir. Amma alternativ olmaqla yanaşı Rusiya və İran üçün də geniş imkanlar açır. Gələcəkdə bu layihədən Rusiya və İran da istifadə edə bilər. Layihə Azərbaycan, Gürcüstan və Türkiyənı tranzit gəlirlərlə təmin edəcək.  Artıq BTQ dəmir yolu xətti, Çin və digər Orta Asiya ölkələri üçün də ucuz dəhliz təqdim edir. Layihə həm də iştirakçı ölkələrin iqtisadiyyatlarının inteqrasiyası baxımından əhəmiyyətlidir”.

Qeyd edək ki, 2019-cu ilin üçüncü rübündə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz