HADİSƏ

Bərdədə oğul anasını küçənin ortasında bıçaqlayıb

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır
Sputnik

BAKI, 16 dekabr - Sputnik. Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, Elvin adlı yerli sakin Qarabağ qəsəbəsindəki küçələrdən birində anası Aybənizə boyun və qarın nahiyələrindən bir neçə bıçaq zərbəsi endirib.

Ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.