Azərbaycanda polis rəisi işdən çıxarılıb

Azərbaycanda polis rəisi sərəncama göndərilib
Sputnik

BAKI, 16 dekabr - Sputnik. Ağdam rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi Məmmədov Vasif Yusif oğlu vəzifəsindən azad edilərək sərəncama göndərilib.

"Report"un məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Onun yerinə hələlik təyinat olmayıb.

Bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılovtutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.