CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazaxıstanda 3 nəfər axtalanıb

Ölkə qanunvericiliyinə görə, prosedur pedofillikdə ittiham edilən 18 yaşından böyüklərə tətbiq edilə bilər.
Sputnik

BAKI, 15 dekabr — Sputnik. 2018-ci ildə Qazaxıstan məhkəmələri uşaqların cinsi toxunulmazlığı cinayətinə görə, 3 nəfərin kimyəvi üsulla axtalanmasına qərar verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin baş prokurorluğun statistikasında bildirilir.

Məlumatda bildirilir ki, pedofillikdə ittiham edilənlərə tibbi xarakterli axtalanma prosesi artıq qüvvəyə minib.

Axtalanma ilə cəzalandırılan şəxslər cinayətlərini Qazaxıstanın müxtəlif bölgələrində həyata keçirib.

Şərqi Qazaxıstan bölgəsində 63 yaşlı kişi azyaşlılara zərər verərək, onları zorlayıb.

Bakıda 91 cinayətkar qrup zərərsizləşdirilib

Qızıl Orda bölgəsində isə 32 yaşlı yerli sakin azyaşlını zorlamağa cəhd edib.

Karqandin bölgəsində isə 29 yaşlı kişini azyaşlılara qarşı bir neçə zorakılıq faktı ilə ittiham ediblər. Müəyyən edilib ki, pedofil qız və oğlanı zorlayıb. Cinayətin ağırlığını nəzərər alaraq məhkəmə cinayətkarın axtalanmasına qərar verib.

Kimyəvi üsulla axtalanma zamanı cinayətkara cinsi hisslərin öldürən preparat vurulur. Qazaxıstan da daxil olmaqla birçox ölkələrdə bu cəza növü kimi qəbul edilir.

Ölkə qanunvericiliyinə görə, prosedur pedofillikdə ittiham edilən 18 yaşından böyüklərə tətbiq edilə bilər.

Xatırladaq ki,kimyəvi yolla axtalanma təbii yolla axtalanmadan onunla fərqlənir ki, dərmanların yerilməsi dayandırılan zaman bərpa mümkün olur.