HADİSƏ

Şabranda 3 gün əvvəl özünü asan şəxs vəfat edib

Həkimlərin səyinə baxmayaraq, o, 3 gün sonra dünyasını dəyişib
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan.

BAKI, 15 dekabr – Sputnik. Bir neçə gün öncə intihara cəhd edən şəxs  xəstəxanada dünyasını dəyişib.

Həyat yoldaşını intihara sürükləyən kişiyə ağır cəza verildi

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dekabr ayının 10-da Şabran rayonunda yaşayan 1977-ci il təvəllüdlü A.T. (ad və soyad şərtidir) intihara cəhd edib. Şabran Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, A.T. özünü yaşadığı evdən asaraq intihar etmək istəyib. Onu asılı vəziyyətdə tapan anası oğlunu xilas edib.

A.T.-ya dərhal xəstəxanaya aparılaraq ilkin yardım göstərilsə də, vəziyyəti ağır olduğundan Bakı şəhər xəstəxanalarından birinə yerləşdirilib. Amma həkimlərin səyinə baxmayaraq, o, 3 gün sonra dünyasını dəyişib.

Onu da qeyd edək ki, mərhumun həyat yoldaşı Şabran Rayon  Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır.

İntiharın səbəb kimi müxtəlif fikirlər səsləndirilir.