BAKI, 15 dekabr — Sputnik. "Facebook" sosial şəbəkəsini istifadəçi məlumatlarının sızıdırlmasına görə milyardlarla cərimə gözləyir.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, şirkətə qarşı Avropa qanunvericiliyinə riayət edən İrlandiya Məlumatların qorunması komisiyası istintaq başlayıb.
Avropada Ümumi Məlumatların Qorunması Qaydalarına əsasən, qanunu pozan şirkətlər 23 milyon ABŞ dolları və ya illik gəlirin 4%-nə qədər cərimə ödəyirlər.
Qeyd edək ki, "Facebook" şirkətinin 2017-ci ildə gəliri 40 milyard dollar olub. Əgər illik gəlir 2018-ci ildə də eyni olarsa, şirkət 1,6 milyard dollar cərimə ödəməli olacaq.