RUSİYA

Amerikalı diplomat Rusiya ordusu barədə həqiqəti etiraf etdi

Və biz güclü aqressiv dövlətin güclü ordu və güclü donanmaya sahib olmasını istəmirik.
Sputnik

BAKI, 15 dekabr — Sputnik. ABŞ-ın Ukrayndakı keçmiş səfiri Con Herbst bildirib ki, ABŞ Rusiyanı güclü ordudan məhrum etmək istəyir. Sputnik Azərbaycan xəbər verir ki, o bu barədə "Birbaşa" telekanalının efirində deyib.

Herbestin sözlərinə görə, ABŞ istəyir ki, Rusiyanın iqtisadiyyatı zəif olsun. Çünki bu Rusiyanın hərbi gücünün inkişaf etməsini təmin edir.

"Və biz güclü aqressiv dövlətin güclü ordu və güclü donanmaya sahib olmasını istəmirik. Buna görə də sözsüz ki, sanksiyalar bizim maraqlarımıza xidmət edir" deyə Herst bildirib.

Eyni zamanda o qeyd edib ki, sanksiyalara görə, Rusiya ÜDM-nin bir faizindən çoxunu itirir.