Gələn il Zaqatala fındıq emalı fabriki İsveçrə bazarına məhsul ixrac etməyi planlaşdırır. Bu barədə Trend-ə müəssisədən məlumat verilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda kənd təsərrüfaı məhsullarının istehsalı üçün bütün şərait mövcuddur: “Azərbaycan statusundan istifadə edərək məhsullarını xarici bazarlarda sata bilər. Bununla xarici valyutanın ölkəyə gəlişi təmin ediləcək. Ümumilikdə bu məhsulların istehsalı Azərbaycan üçün yenilik deyil. Lazımı biliklər və münbit şərait bu məhsulların istehsalına imkan verir”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz