Türkiyə qoşunları Suriya sərhədinə çatdı

Ərdoğanın əməliyyat açıqlamasından sonra hərbi birliklər Suriya sərhədinə göndərilib
Sputnik

BAKI, 14 dekabr — Sputnik. Türkiyənin müxtəlif bölgələrindən yola çıxan hərbi birliklərin ilk hissəsi Suriya sərhədinə çatıb.

Türkiyə yeni hərbi dəniz bazasının inşasına başlayıb

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin Suriyanın şimal-şərqində bir neçə gün içərisində əməliyyata başlayacağını açıqlamasından sonra hərbi birliklər Suriya sərhədinə göndərilib.

Ərdoğan deyib ki, Fəratın şərqində PYD/YPG terror təşkilatının nəzarətindəki bölgədə aparılacaq əməliyyat bir neçə gün ərzində başlayacaq. Bu açıqlamadan sonra başda Hatay və Kilis bölgələri olmaq üzrə bir çox hərbi birliklər Suriya sərhədindəki Şanlıurfaya göndərilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında 550 kilometrlik sərhəd zolağını işğal edən PKK terror təşkilatına qarşı əməliyyata hazırlaşır.

Əməliyyat zamanı əsas hədəf Tel Abyad, Rasul Ayn və Ayn el Arab bölgələri olacaq. PKK-nın sərhəd xəttindəki bütün mövqeləri güclü zərbələrlə dağıdılacaq.

Türkiyə qırıcıları və pilotsuz uçuş aparatları da sərhəd xəttində patrul uçuşları ilə hazırlıqlara dəstək verir. Sərhəd xəttində bəzi bölgələrdə beton blokların aradan qaldırılması işləri də başlayıb. Quru əməliyyatı zamanı tank, zirehli texnika və şəxsi heyətin keçidi beləcə asanlaşacaq.