İsrail Fələstinin paytaxtını mühasirəyə aldı

Biz orada axtarışlar aparırıq və bu əməliyyatlar davam etdiriləcək
Sputnik

BAKI, 14 dekabr — Sputnik. İsrail ordusu Fələstinin faktiki paytaxtı Ramallahı blokadaya alıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus bildirib.

Onun sözlərinə görə, buna səbəb şəhərin ətrafında naməlum şəxslərin avtobus dayanacağını atəşə tutmasıdır. İnsident nəticəsində iki israilli ölüb.

"Avtomobilin Ramallah istiqamətində getdiyi nəzərə alınaraq biz Ramallaha gedən və gələn yolları bağladıq. Biz orada axtarışlar aparırıq və bu əməliyyatlar davam etdiriləcək", - deyə Konrikus bildirib.