BAKI, 14 dekabr — Sputnik. İndoneziyada bədbəxt hadisə baş verib. Kiçik yaşlı qız telefonla oynayan zaman ildırım vurmasından ölüb.
Sputnik AzərbaycanRusiya mətbuatına istinadən xəbər verir ki, 6 yaşlı qız yağışlı havada telefon enerji yığa-yığa istifadə edirmiş. Bu zaman evi ildırım vurub.
Az sonra anası qızını əlində telefon yerdə uzanan vəziyyətdə tapıb. Qızın üzü yanıb, sinəsi isə qaralıbmış. Qadın qonşuları köməyə çağırsa da gec olub. Artıq uşaq nəfəs almırmış.
Ailəsi uşağın meyitinin yarılmasını istəməyib.