SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Avropa İttifaqı marta qədər saziş imzalayacaq

Aİ-də keçiriləcək gələcək seçkilərin nəticələrindən asılı olmayaraq, Azərbaycanla bağlanacaq sazişə təsir etməyəcək
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. "Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi mart ayına qədər imzalana bilər". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavinin sözlərinə görə, Aİ Komissiyasına keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq, Azərbaycan üçün əsas məsələ sazişin paraflanaraq, imzalanmasında maraqlıdır: "Düşünürəm ki, Aİ-də keçiriləcək gələcək seçkilərin nəticələrindən asılı olmayaraq, Azərbaycanla bağlanacaq sazişə təsir etməyəcək. Çünki hər iki tərəf bu sazişin imzalanmasında maraqlıdır".