RUSİYA

Putindən heyrətə salan açıqlama: "Prezident vəzifəsindən imtina etdim"

Rusiya lideri: "Mən həmin vaxt özümü prezident postuna hazır görmürdüm"
Sputnik

BAKI, 13 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Yaroslav şəhərində "Prorektoriya" Ümumrusiya Açıq Dərs Forumunun meydançasındakı çıxışında maraqlı açıqlama verib. O bildirib ki, Rusiyanın ilk prezidenti Boris Yeltsin ona bu vəzifəni təklif edəndə, o, bu vəzifəni qəbul etmək istəmirmiş.

Putin və Lukaşenko hər kəsin qarşısında mübahisə etdi

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya lideri çıxışında həmin vaxt özünü prezident postuna hazır görmədiyini qeyd edib: "İlk prezident Boris Nikolayeviç Yeltsin məni yanına çağırdığı zaman dedi ki, "Baş nazir olmaq üçün sizin namizədliyinizi Dövlət Dumasına təqdim etmək istəyirəm. Sonra isə, sizə prezident seçkilərinə getməyi təklif edəcəyəm. Siz razısınızmı?". Mən ona "Yox" cavabı verdim".

V.Putinin sözlərinə görə, B.Yeltsin onun bu cavabına təəccüblənib: "Çünki mən artıq böyük oğlan idim və kifayət qədər dövlət-hakimiyyət sturukturlarında işləmişdim".

Sonda prezident Forum iştirakçılarına müraciətlə bunları deyib: "Sizə gələcək həyatınız üçün önəmli olan qərarı tez bir zamanda qəbul etməyi arzulayıram".