MƏDƏNİYYƏT

Məşhur cütlüyün ayrılması xəbərinə aydınlıq gətirilib

Aktrisa Neslihan Atagül gəzən şayiələrə son qoyub
Sputnik

BAKI, 13 dekabr — Sputnik. Son günlər Türkiyə şou-biznesində müzakirə olunan mövzulardan biri Kadir Doğulu - Neslihan Atagül cütlüyünün ayrılma xəbəri ətrafında dolaşan söhbətlərdir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobilə minən məşhur aktrisa Neslihan Atagül jurnalistlərin sualları ilə üzləşib.

Mətbuatdan qaçan aktrisa jurnalistin "Aktyor Kadir Doğulu ilə boşanırsınız?" sualına "Yox bir (Yok artık)! Biz boşanmırıq və çox xoşbəxtik" cavabını verib.

Beləliklə, cütlüyün ayrılması barədə dolaşan söhbətlərə son qoyulub.