Tailandın Pattayya şəhərində keçirilən "Kainat gözəli" gözəllik müsabiqəsinin finalı ərəfəsində iştirakçıların milli kostyumlarının nümayişi keçirilib. Dünyanın 93 ölkəsinin ən gözəl qızları 2 saat ərzində rəngarəng şou nümayiş etdiriblər.
İştirakçıların qarşısına qoyulan tapşırıq kostyumlar vasitəsilə öz ölkələrinin milli koloritini, təbiətini, ənənələrini və rənglərini təqdim etmək olub.
67-ci "Kainat gözəli -2018" beynəlxalq gözəllik müsabiqəsinin finalı dekabrın 17-də Tailandın paytaxtı Banqkokda keçiriləcək.
Müsabiqə iştirakçılarının ən parlaq kostyumlarına Sputnik Azərbaycan-ın fotolentində baxın.