BAKI, 13 dekabr — Sputnik. Dekabrın 12-də saat 18 radələrində DİN-in "102 – Zəng Mərkəzi"nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib.
Araşdırma aparılır.