CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir ay əvvəl suda batan 60 yaşlı qadın axtarılır

Qadın noyabrın 2-də Samur-Abşeron kanalında batıb
Sputnik

BAKI, 13 dekabr — Sputnik. Noyabrın 2-də Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1958-ci il il təvəllüdlü Cəfərova Məlahət Heybətulla qızının axtarışları davam etdirilir.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, axtarışlar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək.