HADİSƏ

Azərbaycanlı icra başçısı həbsxanadan azad edildi - FOTO

Gürcüstanın Baş Prokurorluğundan T.Abazovun 10 min lari məbləğində girov müqabilində azad edildiyi bildirilib
Sputnik

BAKI, 13 dekabr — Sputnik. Gürcüstanın Marneuli rayonunun sabiq rəhbəri, əslən azərbaycanlı Temur Abazov azadlığa buraxılıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bu barədə Rustavi Şəhər Məhkəməsi qərar qəbul edib.

Gürcüstanın Baş Prokurorluğundan T.Abazovun 10 min lari məbləğində girov müqabilində azad edildiyi bildirilib.

Azərbaycanlı icra başçısı həbsxanadan azad edildi - FOTO

Qeyd edək ki, T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 5 ildən 10 ilədək həbs cəzası gözləyirdi.