BAKI, 13 dekabr — Sputnik. Xəbər veridiyimiz kimi, Ankara-Konya marşrutu üzrə hərəkət edən yüksək sürət qatarının lokomotivlə toqquşması nəticəsində ağır qəza baş verib.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralanıb. Bu barədə Ankara valisi Vasip Şahin məlumat verib.
Vali hadisə yerində işlərin davam etdirildiyini bildirib.
Qeyd edək ki, hadisə Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında olub.