Türkiyədə qatar qəzası olub, çoxlu sayda yaralı var

Qəza nəticəsində keçidin bir hissəsi iki vaqonun üstünə düşüb və bir neçə vaqon çevrilib
Sputnik

BAKI, 13 dekabr - Sputnik. Türkiyədə Ankaradan Konyaya gedən sürət qatarının Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında üst keçidə çırpılması nəticəsində çox sayda sərnişin xəsarət alıb.

Bu barədə Sputnik Azərbaycan Anadolu-ya istinadən xəbər verir.

Qəza nəticəsində keçidin bir hissəsi iki vaqonun üstünə düşüb və bir neçə vaqon çevrilib.

Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər. Qatarın hansı səbəbdən relsdən çıxaraq keçidə çırpılması məlum deyil.