RUSİYA

Təqaüdçü xəstəxanadan gəlib evini boş gördü

Hazırda kişi müvəqqəti olaraq sığınacaqda yaşayır
Sputnik

BAKI, 13 dekabr — Sputnik. Moskvada təqaüdçü hüquq-mühafizə orqanlarına oğurluq barədə müraciət edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə araşdırılan zaman isə müəyyən edilib ki, kommunal təsərrüfat işçiləri yaşlı kişini xilas etməyə çalışıb.

75 yaşlı kişi xəstəxana müalicə aldığı zaman rayon administrasiyasının komissiyası onun evinə baxış keçirib. Və müəyyən edib ki,ev döşəmədən tavana qədər zibillə doludur. Komunnal təsərrüfat işçiləri iki gün evdə olan zibilləri daşıyıb.

Evinə qayıdan təqaüdçü öz evini tamamilə boş vəziyyətdə görüb. Zibillərlə bərabər mebel, ayaqqabı, geyimlər və digər şəxsi əşyalar da yoxa çıxıb. Hazırda kişi müvəqqəti olaraq sığınacaqda yaşayır.

Hüquq-mühafizə orqanlarındakı mınbənin sözlərinə görə, kişi psixonevroloji dispenserdə qeydiyyatda olsa da, onun müraciəti əsasında araşdırlma başlanılıb.