BAKI, 13 dekabr — Sputnik. Hindistanda bir kuryer kameralara düşüb.
Zomato şirkətinin adı yazılan köynək geyinən kişi sifariş verilən yeməkləri açaraq onlardan yeyib və daha sonra paketləyərək sifariş verən şəxslərə çatdırıb. Təhlükəsizlik kameralarına düşən bu hal sosial şəbəkələrdə sürətlə yayılıb. Şirkət məsələyə münasibət bildirib. Şirkətdən deyilib ki, məsələ ilə bağlı işçi ilə danışılıb və o işdən uzaqlaşdırılıb.