SƏHİYYƏ

Körpələrdə piylənmə şəkər xəstəliyindən xəbər verir

"Yağlı, şəkərli və yüksək kalorili qidalar uaşqlarda artıq piyin yaranmasına səbəb olur. Bu da həmin körpələrdə şəkərə meyillilik yaradır"
Sputnik

BAKI, 13 dekabr — Sputnik. Türkiyəli mütəxəssis, uşaq endokrinoloqu Nəsibə Andıran piylənmədən əziyyət çəkən xəstələrdə şəkərə meyilliliyin daha yüksək olmasından danışıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, mütəxəssis fiziki akvtivliyin zəif olması, bəzən düzgün qidalanmama və gentik faktorların da uşaqlarda piylənməyə səbəb olduğunu bildirib.

"Bu səbəbdən uşaqların düzgün və sağlam qidalanmasına diqqət etmək lazımdır. Yağlı, şəkərli və yüksək kalorili qidalar uaşqlarda artıq piyin yaranmasına səbəb olur. Bu da həmin körpələrdə şəkərə meyillilik yaradır. Öncəki illərlə müqayisədə son illərdə piylənmədən əziyyət çəkən uşaqlar daha çox şəkərə meyilli olurlar. Bu səbəbdən yaxşı olar ki, boyun uzanması, hərəkətliliyin artırılması üçün valideynlər tərəfindən qabaqlayıcı tədbirlər görülsün".