ELM

Ev işlərini görəcək robot yaradılıb

Bu robotdan apteklərdə rəflərini, market rəflərini düzəltməyə, eyni zamanda ev işlərini görməkdə istifadə ediləcək
Sputnik

BAKI, 13 dekabr — Sputnik. Alimlər mükəmməl robot qolu yaradıblar.

Sputnik Türkiyə xəbər verir ki, robot qolu 18 aylıq uşağın hafizəsinə sahib olacaq. Bu robot qolu ev işlərini rahatlıqla görə biləcək. Massacusets Texnologiya İnstitutunun və Prinseton Universitetinin alimlərinin birgə işi nəticəsində ərsəyə gələn bu yenilik obyektləri ayıra biləcək, gördüyü işləri yadda saxlayacaq. Bu robotdan apteklərdə rəflərini, market rəflərini düzəltməyə, eyni zamanda ev işlərini görməkdə istifadə ediləcək.

Bununla da artıq robotların gündəlik həyatımıza daxil olmasına səbəb olacaq.