İQTİSADİYYAT

"Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 10 milyard dollara çatdırıla bilər"

Elşad Məmmədov: "Bizim iqtisadi əməkdaşlığımız üçün böyük potensial mövcuddur"
Sputnik

BAKI, 12 dekabr — Sputnik. 13-14 dekabr tarixlərində Moskvada Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 17-ci iclası olacaq. Bununla bağlı olaraq Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tədbir keçirilib.

Rusiya və ABŞ-dan Azərbaycana böyük etimad

İkitərəfli əməkdaşlığın iqtisadi komponentləri barədə danışan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rusiya İqtisad Məktəbinin direktor müavini, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov deyib ki, ölkələr arasında iqtisadi əməkdaşlığın potensialı tam açıqlanmalıdır.

"Bizim iqtisadi əməkdaşlığımız üçün böyük potensial mövcuddur. Doğrudur, ölkələr arasında ticarət dövriyyəsində müsbət tendensiya var. Lakin düşünürəm ki, bu, hələ istənilən səviyyədə deyil. Hər iki ölkə rəsmiləri ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırırlar. Mən əminəm ki, buna nail olmaq olar" - Məmmədov bildirib.

İqtisadçı əlavə edib ki, ölkələrimiz dünya iqtisadiyyatının prioritet sahələrində müvafiq investisiya layihələrini həyata keçirsə, uğur qazana və ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafını daha yüksək səviyyəyə çatdıra bilərik.