Şirkətimə qadın rəhbərlik edə bilməz – Azərbaycanlı milyarder

“Bizim şirkətə də mühəndis rəhbərlik edəcək”
Sputnik

BAKI, 12 dekabr — Sputnik. "Lukoyl" neft şirkətinin hazırkı rəhbərinin potensial varisləri arasında qadın yoxdur”. Sputnik Azərbaycan "RBC"-ya istinadən xəbər verir ki, bunu neft şirkətinin rəhbəri Vahid Ələkbərov "Bloomberg"-ə müsahibəsində bildirib.

Şirkətimə qadın rəhbərlik edə bilməz – Azərbaycanlı milyarder

"Lukoyl" prezidenti qeyd edib ki, işlərdən kənarlaşdıqdan sonra şirkətə kimin rəhbərlik edəcəyi barədə düşünür. Onun yerinə qadının gəlməsi imkanını isə mümkünsüz adlandırıb: "Hələlik yox".

"Lukoyl" prezidentinin sözlərinə görə, bu, əsasən neft sahəsinin əsasən kişi xarakterli olması ilə bağlıdır. Onun sözlərinə görə, şirkət mütəxəssislərin hazırlığı ilə bağlı universitetlərlə sıx əməkdaşlıq edir.

Ələkbərov qeyd edib ki, onun xələfinin mühəndislik, istehsalat, həmçinin idarəetmə sahələrində təcrübəsi olmalıdır: "Bizim şirkətə də mühəndis rəhbərlik edəcək".

O, həmçinin xatırladıb ki, "Chevron" və "ExxonMobil" kimi şirkətlərin rəhbərləri Maykl Virt və Darren Vuds da mühəndis kimi işə başlayıblar.