Dörd mindən artıq şəxs saxlanıldı

Fransa üsyanlarında 4 min 523 nəfər polis idarəsinə gətirilib
Sputnik

BAKI, 12 dekabr — Sputnik. Fransada benzinin bahalaşması və tətbiq olunan vergilərin artırılmasına etiraz aksiyalarında saxlanılan şəxslərin sayı açıqlanıb.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Fransa polisinin məlumatına görə, 17 noyabrdan etibarən başlayan üsyanlarda 4 min 523 nəfər polis idarəsinə gətirilib. Onlardan 4 min 99 nəfəri saxlanılıb.

Qeyd edək ki, etiraz aksiyalarından sonra benzinin qiyməti və benzinə tətbiq olunan yeni vergilər ləğv edilsə də, üsyançılar hökumətin bu addımını yetərli hesab etməyiblər.

Xatırladaq ki, 17 noyabrdan etibarən keçirilən üsyanlarda etirazçılar ölkədə iqtisadi durumun yaxşılaşdırılmasını tələb edərək Emanuel Makronun istefası üçün şüarlar səsləndiriblər.