Daha bir ölkə Qüdsü İsrailin paytaxtı kimi tanıdı

Səfirliyin köçürülməsi 200 milyon dollara başa gəlir
Sputnik

BAKI, 12 dekabr — Sputnik. Avstraliya hökuməti Qüdsün İsrail paytaxtı olması barədə qərarı qəbul edib. Bu barədə Sputnik Azərbaycan "NEWSru Israel"-ə istinadən xəbər verir.

Amma Qüdsü paytaxt kimi tanımasına baxmayaraq, rəsmi Kanberra səfirliyi Qüdsə köçürməyəcək, orada konsulluq açacaq.

Səfirliyin Qüdsə köçürülməməsinin səbəbi isə bu addımın baha – 200 milyon dollara başa gəlməsidir.

Qeyd olunur ki, baş nazir Skot Morris məsələni Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edib və bu gün o rəsmi olaraq bu qərarı açıqlayacaq.

Xatırladaq ki, hazırda Qüdsdə ABŞ və Qvatemalanın səfirliyi fəaliyyət göstərir.