BAKI, 12 dekabr — Sputnik. Almaniyanın Vestyonnen şəhərinin küçələrinə 1 tondan artıq ərinmiş şokalad tökülüb.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə yerli şirniyyat fabrikində "kiçik texniki qüsur" səbəbilə baş verib. Südlü şokalad çəndən axıb.
O tez quruduğu üçün kommunal təsərrüfat işçiləri asfaltdan şokoladı isti su vasitəsilə təmizləməli olub.
Məlumata görə, fabrik gün ərzində normal iş rejimində çalışacaq.