BAKI, 12 dekabr — Sputnik. ABŞ Suriya-Türkiyə sərhədinə müşahidə nöqtələri yerləşdirib. Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, Pentaqonun rəsmi nümayəndəsi Rob Meninqin mərtbuat açıqlamasında deyilir.
"Müdafiə naziri Ceyms Mettisin əmri ilə ABŞ Suriyanın şimali-şərq sərhəd bölgəsinə NATO-dakı müttəfiqimiz Türkiyənin təhlükəsizlik problemini həll etmək üçün müşahidə nöqtələri yerləşdirib" - deyə o qeyd edib.
Ancaq yaradılan müşahidə nöqtələrinin sayı və konkret yeri haqqında məlumat verilməyib.
Xatırladaq ki, ABŞ-ın Türkiyə Suriya sərhədinə müşahidə nöqtələrinin yerləşdiriləcəyini Mettis noyabr ayında elan etmişdi. Həmin vaxt nazir bildirmişdi ki, bunun üçün əlavə hərbçi göndərilməsinə ehtiyac yoxdur.