Türkiyənin Vaşinqtondakı səfirliyində FETÖ bombası

İki diplomat və bir inzibati məmur davam edən bir FETÖ istintaqı üçün təcili Ankaraya çağırılıb
Sputnik

BAKI, 12 dekabr — Sputnik. Türkiyənin Vaşinqtondakı səfirliyində iki diplomat və bir inzibati məmur haqqında FETÖ əlaqəsi şübhəsi ilə istintaq açılıb.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, iki diplomat və bir inzibati məmur davam edən bir FETÖ istintaqı üçün təcili Ankaraya çağırılıb.

Səfirlikdəki mənbələr sözügedən üç şəxsin mərkəzə çağırıldığını təsdiq ediblər.

Ancaq səfirlik FETÖ iddiaları məsələsi ilə bağlı açıqlama verməyib. Hər üç şəxsin vəzifəsinin baş çatması ilə bağlı məlumat ABŞ Dövlət Departamentinə verilib.