İQTİSADİYYAT

Nazir Azərbaycanın alternativ enerji sahəsində görəcəyi işlərdən danışdı

Energetika naziri Pərviz Şahbazov deyir ki, “yaşıl iqtisadiyyat” Azərbaycanda inkişafı nəzərdə tutulan yeni və vacib sahədir
Sputnik

“Bu gün Azərbaycanda enerji istehsalının 18 faizi alternativ enerjinin payına düşür”. Sputnik Azərbaycan xəbər verir ki, bunu aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum zamanı energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, “yaşıl iqtisadiyyat” Azərbaycanda inkişafı nəzərdə tutulan yeni və vacib sahədir: “Bu istiqamətin vacib hissəsi alternativ energetika və enerjinin səmərəli istifadəsidir. Ənənəvi energetika artıq “yaşıl enerji”yə uduzmağa başlayır. Enerji ehtiyatları dünyada qeyri-bərabər şəkildə paylanıb və siyasi silaha çevrilib. Yaxın illərdə Azərbaycanda günəş və külək kimi enerji mənbələri ilə işləyən yeni qurğuların işə salınması planlaşdırılır. Bu məqsədlə işçi qruplar yaradılır, “BP”, “Total”, “Siemens” kimi şirkətlərlə danışıqlar aparılır. Eyni zamanda Asiya İnkişaf Bankı ilə birgə Böyükşor gölündə üzən günəş panellərinin pilot layihəsi işə salınıb” .

Energetika naziri Pərviz Şahbazovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz