MƏDƏNİYYƏT

Leonardo Di Kaprio "Oskar"ı geri qaytaracaq

Aktyor Marlon Brando qazandığı Oskarı 600 min dollara Co Lova satıbmış
Sputnik

BAKI, 12 dekabr — Sputnik. Malayziyada Co Lov adlı iş adamına qarşı cinayət işi açılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı tutulub və onun vaxtilə məşhurlara verdiyi hədiyyələr də geri alınır.

Belə ki, aktyor Marlon Brando qazandığı "Oskar"ı 600 min dollara Co Lova satıbmış. O da həmin "Oskar"ı Leonardo Di Kaprioya hədiyyə edib. İndi Di Kaprio hədiyyəni qaytarmalıdır

Co Lov eyni zamanda model Miranda Kerrə bahalı piano hədiyyə edib. O da hədiyyəni geri qaytarmalı olacaq.