Dünyanın ən soyuq bölgəsi güclü silkələndi

Antarktida qitəsinin yaxınlığında 7.1 bal gücündə zəlzələ olub
Sputnik

BAKI, 12 dekabr — Sputnik. Bu gün Antarktida qitəsinin yaxınlığında 7.1 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ABŞ-ın Geoloji Araşdırmalar İnstitutu tərəfindən bu haqda məlumat yayılıb.

Qeyd olunub ki, Atlantik Okeanında İngiltərəyə bağlı olan və Antarktida yaxınlığında yerləşən Bristol adasında zəlzələ baş verib. Adanın 48 kilo metr qərbində baş verən zəlzələ Antarktida qitəsində də hiss olunub. Həmin ərazilərdə yaşayış olmadığı üçün mal və insan tələfatı olmayıb.