Məhz bu suallar bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən dəyirmi masa müzakirə edilib.
Politoloq Rizvan Hüseynovun bildirib ki, Ərəb-İsrail münaqişəsi çox güman, həllini tapmayacaq. Və bu münaqişəyə görə əziyyət çəkən xalqların güzəranında dəyişiklik baş verməyəcək. Mütəxəssis həm də Türkiyənin Yaxın Şərqdəki roluna nəzər yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, İran-Türkiyə-Rusiya üçbucağının mövqeyi regionda güclənsə, bu ərazidə stabillikdən danışmaq mümkün ola bilər.
Digər politoloq Zaur Məmmədov isə yaxın şərqdə davam edəcək gərginliyin Azərbaycanın geo-siyasi və geo-coğrafi mövqeyini daha da gücləndirəcəyindən əmin olduğunu qeyd edib.