Vaşinqtonun yeni terror planı üzə çıxdı, PKK əl və yer dəyişdirir

"PKK-nın bundan sonrakı mərkəzi Suriya olacaq və təşkilatın köhnə quruluşu ABŞ tərəfindən ləğv ediləcək"
Sputnik

BAKI, 10 dekabr — Sputnik. 2017-ci ilin noyabrında Türkiyəyə sığınan PKK-nın keçmiş sözcüsü Talal Silos ABŞ-ın terror strategiyasına dair mühüm məlumatlar açıqlayıb. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, Talal Silos PKK lideri Abdullah Öcalanın Suriyadakı amerikalılara mesaj göndərdiyini bildirib.

O, Abdullah Öcalanın amerikalılara "Şahin Cilo mənim varisimdir. Bölgədə qalıcı olmaq istəyirsinizsə, onu qorumaq vəzifənizdir" mesajı göndərdiyini deyib.

Silos təşkilat içində "Şahin Cilo" kod adlı Fərhad Abdi Şahinin ön plana çıxarıldığını qeyd edib: "ABŞ-ın PKK-nın başçıları olan Murat Karayılan, Duran Kalkan ve Cemil Bayıkın başına pul mükafatı qoyması Öcalanın həmin mesajı ilə əlaqəlidir. PKK-nın bundan sonrakı mərkəzi Suriya olacaq və təşkilatın köhnə quruluşu ABŞ tərəfindən ləğv ediləcək".

ABŞ PKK terrorçuları üçün böyük məbləğdə pul mükafatı ayırıb

Suriyada vətəndaş müharibəsi başlayandan sonra PKK-nın Suriya qolunu idarə etməsi Abdullah Öcalanın mənəvi oğlu kimi tanınan Şahin Ciloya tapşırılıb. Şahin Cilo ABŞ-ın PKK-ya göndərdiyi silah, sursat, pul və digər yardımları birbaşa təslim alan şəxs kimi önə çıxıb.

Türkiyənin xüsusi axtarışa verdiyi Fərhad Abdi Şahin 2017-ci ilin aprel ayında ABŞ-ın xüsusi təyinatlı hərbçiləri ilə Suriyanın Karaçok dağında görüntülənmişdi. Türkiyənin reaksiyasından sonra ABŞ Müdafiə Nazirliyi qalmaqallı bir açıqlama vermiş və Şahin Cilonu məsum adlandırmışdı.

Qeyd edək ki, Talal Silos 2015-ci ilin avqust ayında PKK-nın Suriya qoluna qatılıb və 2 ildən artıq müddət ərzində təşkilatın sözcüsü olub.