HADİSƏ

Türkiyədə faciə yaşanıb

Türkiyənin Çanaqqala şəhərində mikroavtobusla yük avtomobili toqquşub
Sputnik

BAKI, 10 dekabr — Sputnik. Türkiyənin Çanaqqala şəhərində mikroavtobusla TIR-ın toqquşması nəticəsində baş verən qəzada, ilkin məlumata görə, 4 nəfər ölüb, 16 nəfər yaralanıb.

Sputnik Azərbaycan"Anadolu" agentliyinə istinadla xəbər verir ki, hadisə Çanaqqalanın Biga rayonunda baş verib. Mikroavtobusda olanlar bir fabrikin işçiləri imiş.

Hadisə yerinə təhlükəsizlik qüvvələri, təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.

Yaralılar xəstəxanalara aparılıb.