Paşinyan böyük üstünlüklə qalib gəldi

Onun bloku səslərin 70,43%-ni toplayıb
Sputnik

BAKI, 10 dekabr — Sputnik. Ermənistanın baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanın "Mənim addımım" bloku ölkənin bütün 2010 seçki məntəqəsindəki bülletenlərin hesablanmasından sonra səslərin 70,43%-ni toplayır. Həmçinin seçkilərin yekununa görə, "Çiçəklənən Ermənistan" və (8,27% səs) "İşıqlı Ermənistan" (6,37% səs) partiyaları parlamentə keçir.

Bu barədə bazar ertəsi Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Keçmiş hakim Ermənistan Respublika Partiyası 4,7 faiz səs toplayaraq 5 faiz həddini aşa bilməyib. "Daşnaksutün" fraksiyası seçicilərin 3,89% səsini toplaya bilib.