İki deputat parlamentin tualetində cinsi əlaqəyə girərkən yaxalanıb - İtaliya şokda

Hələlik parlamentdən hadisə ilə əlaqədar hər hansı bir açıqlama verilməyib
Sputnik

BAKI, 10 dekabr — Sputnik. İtaliyada iki millət vəkili parlamentin tualetində cinsi əlaqəyə girərkən yaxalanıb. Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, ölkəni ayağa qaldıran bu hadisədən sonra həmin deputatların istefası tələb edilib.

Millət vəkillərinin adları və görüntüləri özəl həyatın məxfiliyi prinsipi ilə əlaqədar açıqlanmır.

İtaliyada "Twitter" istifadəçiləri "Məclisdə bunların baş verməsi böyük bir ayıbdır", "İki millət vəkili dərhal istefa verməlidir" sözləri ilə hadisəyə reaksiya veriblər. İtaliya parlamentindən isə hadisə ilə əlaqədar hər hansı bir açıqlama verilməyib.