BAKI, 10 dekabr — Sputnik. Bakının bir sıra qəsəbələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərsu ASC dən məlumat verilib.
Məlumata görə, yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması və köhnə xəttin ləğvi ilə əlaqədar 10-11 dekabr 2018-ci il tarixlərində Hövsan qəsəbəsinə, Qaraçuxur və Əmircan qəsəbələrinin isə bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.